Orxan Zeynallı yeni klipini təqdim etdi - VİDEO
Bizi izləyin

Magazin1

Orxan Zeynallı yeni klipini təqdim etdi - VİDEO

AİD ləqəbli reper Orxan Zeynallı “Yadımda deyilsən” adlı klipini təqdim edib.

Reperin yeni klipində keçmiş “Dəyirman” qrupunun üzvü Elmir Məhərrəmov, Leyli Məmmədli, Ayşə Qarayeva, Ali Qara, Füzuli Əliyev, Ayxan Yaqublu, Arzu Ömərova, Məsud Allahverdiyev çəkilib.

Orxan Zeynallı Publika.az-a açıqlamasında bildirib ki, mahnı 1 il əvvəl çıxıb. Onun sözlərinə görə, səhifədə keçirilən sorğuda izləyicilərin 90 faizi məhz “Yadımda deyilsən” trekinə klip çəkilməsini istəyib.

O, “Biz də onların bu istəyini həyata keçirdik. Mahnı keçən il yayda çıxmışdı və payız ab-havası yaratmışdı. İndi də isti günlərə bir az sərinlik gətirmək istədik” - deyə bildirib.

Mahnının sözləri və videonun ideyası reperin özünə məxsusdur. Çəkiliş Bakı və Sumqayıt küçələrində baş verib. Ekran işini Fuad İsmayılov və Vaqif Gözəlov çəkiblər.

Xatırladaq ki, bu mahnı Orxan Zeynallının ən uğurlu işlərindən biridir. Həmin vaxtdan bəri isə klip ifaçının youtube kanalında 200 000-dən çox izlənilib.

Aytən

Video:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm