Ədalət Şükürov irad tutdu: “Münasib məqam seçmirlər”
Bizi izləyin

Magazin1

Ədalət Şükürov irad tutdu: “Münasib məqam seçmirlər”

“İncəsənət nümayəndəsi dənizdə rastınıza çıxırsa, orda ona yaxınlaşıb şəkil çəkdirməzlər”.

Publika.az xəbər verir ki, həmin fikirləri bu gün “Görüş yeri” verilişində əməkdar artist Ədalət Şükürov bildirib. O, əlavə edib ki, insanların ifaçılara olan marağını normal qəbul etsə də, harda gəldi məşhurlara yaxınlaşmalarını da düzgün hesab etmir.


“Elə yerlərə gedirik ki, dincələk. Bilirsiniz ki, tanınmış adamlar həssas olurlar. İnsanlar da çox istədiklərindən onlara yaxınlaşırlar. Amma avtoqraf istəmək və ya şəkil çəkdirmək üçün münasib məqam seçmirlər. Onlar anlamalıdır ki, incəsənət insanına dənizdə rast gəlirlərsə, orada ona yaxınlaşıb şəkil çəkdirməzlər. Çimərlik şəkil çəkdirmək yeri deyil”.


İfaçı həmçinin yaxta alması barədə xəbərə də aydınlıq gətirib.


“Allah ağzınızdan eşitsin. Yaxta bahalı nəqliyyat vasitəsidir. Hələ ki, yaxtam yoxdur”.


Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da “Space” telekanalında yayımlanır.


İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm