Əməkdar artist: “Söyüşü də yerində söymək lazımdır”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Söyüşü də yerində söymək lazımdır”

Əməkdar artist, tanınmış rejissor və aktyor Nicat Kazımov yeni çəkilən kommersiya filmlərindən danışıb.

Publika.az-a açıqlama verən aktyor indiyə qədər cəmi bir komik filmdə çəkildiyini və buna görə də peşman olduğunu bildirib: “Adını çəkmək istəmirəm, amma indiyə qədər cəmi bir komediya filminə çəkilmişəm, buna görə də çox peşmanam. Gərək çəkilməyəydim, çünki ssenari çox zəif idi. Heç rejissor kimi də kommersiya filmi çəkmək fikrində deyiləm. Çünki çəkilirsə, gərək o film keyfiyyəti ilə seçilsin. Bunun üçün də çox şeylər tələb olunur”.

Rejissor həmin filmlərdə istifadə olunan söyüş və digər qeyri-etik zarafatlara da münasibətini bildirib:

“Bəzən kommersiya filmlərində söyüşlərdən və qeyri-etik ifadələrdən istifadə olunur. Bunu düzgün saymıram. Söz yox ki, bizim milli filmlərimizdə də söyüşlərdən istifadə olunub. Məsələn, “Tütək səsi”, “Sahilsiz gecə” filmlərində ard-arda söyüşlər səslənir. Amma bu ifadələr yerində olduğundan mənfi təsir bağışlamır.

Bizdə isə belə ifadələr yersiz istifadə olunduğundan, bayağı və şit səslənir. Hər şey yerində olanda gözəl olur”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm