“Ləkələnmiş vicdan”ın” sahibi: “Hamı mənə zəng edirdi ki…”
Bizi izləyin

Magazin1

“Ləkələnmiş vicdan”ın” sahibi: “Hamı mənə zəng edirdi ki…”

Tanınmış yazıçı Vidadi Babanlıdan xəbər var. Yazıçının yeni kitabı işıq üzü görüb.

Bu barədə Publika.az-a açıqlama verən yazar sentyabrda yeni romanını təqdimatını edəcəyini bildirib:

“Hamı mənə zəng edib, deyirdi ki, yeni romanını gözləyirik.

Artıq “Zəmanə adamı” adlı kitabda iki romanım yer alıb- “Ləkələnmiş namus” və “Təzə sevdalar”. 500 tirajla çap olunan kitabı hələ satışa verməmişəm. Sentyabrda təqdimatını edəndən sonra oxucuların ixtiyarına verəcəyəm”.

Vidadi Babanlı indiyə qədər çap olunan altı romanı içərisində ən çox sevdiyi romanlardan da danışıb: ”Oxuculara altı roman hədiyyə etmişəm.

Onların içərisində ən çox sevdiyim “Vicdan susanda” romanıdır, bir də yeni çapdan çıxan “Zəmanə adamı”. Söz yox ki, oxucularım hamısını bəyənir, amma bir yazıçı olaraq mən bu iki romanımı çox yüksək qiymətləndirirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm