Əməkdar artist yıxıb-sürüdü: “Paxıllığımı çəkirsiniz” - FOTOLAR
Bizi izləyin

Magazin1

Əməkdar artist yıxıb-sürüdü: “Paxıllığımı çəkirsiniz” - FOTOLAR

Son vaxtlar həm də müğənni kimi fəaliyyət göstərən skripka ifaçısı, əməkdar artist Səlim şou əhlini paxıllıqda ittiham edib. Sənətçi bəzi şou-biznes nümayəndələrinin onun paxıllığını çəkdiyini və rəqabət apardığını deyib. Şou əhlini yıxıb-sürüyən Səlim efirdən onlara ismarış da yollayıb. Müğənni verilişdə həmkarlarına acıq da verib.

Publika.az xəbər verir ki, bütün bunları “Space” televiziyasının efirində bu axşam saat 21.45-də yayımlanacaq “Gör, kim gəldi” verilişində izləyə bilərsiniz.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” in prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğludur.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm