Əbdül Mahmudbəyli: “Onu işdən çıxarandan sonra kitabımız bağlandı”
Bizi izləyin

Magazin1

Əbdül Mahmudbəyli: “Onu işdən çıxarandan sonra kitabımız bağlandı”

Əməkdar incəsənət xadimi, tanınmış rejissor və aktyor Əbdül Mahmudbəyli reallaşdıra bilmədiyi arzularından danışıb.

Publika.az-a açıqlama verən rejissor hələ də reallaşdıra bilmədiyi filmlərin olduğunu deyib: “Şah İsmayıl Xətai və Ağa Məhəmməd şah Qacar haqqında film çəkmək istəyirəm, əlimdə hazır ssenarilər də var. Hətta aktyor seçimini də etmişəm, amma maliyyə tapılmır ki, o filmləri ekranlaşdırım. Arzularımı reallaşdıra bilmədiyim üçün çox məyus oluram. Heç filmlərə də çəkilmirəm”.

Keçmişi xatıralyan rejissor ustadı Ədil İsgəndərova rəhmət oxuyub: “Allah müəllimim Ədil İsgəndərova rəhmət eləsin, onun hesabına çox filmlərə çəkilmişəm. Onun kinostudiyanın direktoru olduğu vaxtlarda tələbələrinə yaşıl işıq yandırırdılar. Ədil müəllimi işdən çıxarandan sonra bizim də kitabımız bağlandı. İndi də onun yoxluğunu hiss edirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm