Avtandil İsrafilov “Space”in apırıcısı ilə rəqs etdi
Bizi izləyin

Magazin1

Avtandil İsrafilov “Space”in apırıcısı ilə rəqs etdi

Xeyli müddətdir ki, efirlərdə görünməyən xalq artisti, qarmon ifaçısı Avtandil İsrafilov “Space”in qonağı olub. Ürəyi dolu olan sənətkar giley-güzarını ifadə edib. Qarmon ifaçısı efirdən üzünü şou-biznes nümayndələrinə tuturaq, onların ünvanına iradlar səsləndirib. Sənətkarın əhval-ruhiyyəsini qaldırmaq üçün aparıcı onu rəqsə dəvət edib. Aparıcı ilə qol qaldırıb oynayan Avtandil İsrafilovun rəqsi hər kəsi valeh edib.

Publika.az xəbər verir ki, bütün bunları Space” televiziyasının efirində bu axşam saat 21.45-də yayımlanacaq “Gör, kim gəldi” verilişində izləyə bilərsiniz.

Tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanan verilişin ideya müəllifi “Space” in prezidenti Vaqif Mustafayev, rejissoru Xamis Xanlaroğludur.

Verilişin informasiya dəstəyi Publika.az saytıdır.

Veriliş hər həftənin cümə günü axşam saat 21.45-də, təkrarı bazar günü saat 14.15-də yayımlanır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm