Elza Seyidcahanın qızının toy günü bəlli oldu
Bizi izləyin

Magazin1

Elza Seyidcahanın qızının toy günü bəlli oldu

Əməkdar artist Elza Seyidcahan qızının toyuna hazırlaşır. Bu barədə əməkdar artist publika.az-a açıqlamasında bildirib:


“İnşallah, avqust ayının 24-ü qızımın toyudur. Ailəvi olaraq toya hazırlaşırıq. Qızım toyqabağı 10 kq. arıqlayıb. Onun arıqlamasında Leyla Əhmədovanın rolu əvəzsizdir. Qızım toyunda 2 gəlinlik geyinəcək. Gəlinliklərdən birininin müəllifi modelyer Şəlalə xanım, digərininki Leyla Əhmədovadır”

Elza Seyidcahan toydan əvvəl xına mərasiminin olacağını bildirib. İfaçı, həmçinin, həyəcanlı olduğunu da gizlətməyib.

“Toydan əvvəl, avqust ayının 19-u xınayaxdı mərasimi olacaq. Allah bütün subay balalara qismət etsin. Çətin işdir. Bundan başqa, bilirsiniz ki, “Azərbaycanın səsi” layihəsində münsifəm, sentyabr ayında tamaşaları səhnəyə qoymalıyam. Oğlumun toyunda heç bu qədər həyəcanlı deyildim. Bəlkə də evimə gəlin gətirirdim, ona görə... Bu dəfə isə qızımı gəlin köçürürəm. Allah mənə səbir və ruzi bərəkət versin. Balalarımı yerbəyer edə bilim. Qızımın nişanlısı Elxan da elə mənim balam kimidir”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm