Tanınmış aktrisa keçmişi unuda bilmir: “Kaş ki…”
Bizi izləyin

Magazin1

Tanınmış aktrisa keçmişi unuda bilmir: “Kaş ki…”

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Hicran Nəsirova həyata keçməyən arzularından danışıb.

Publika.az-a açıqlama verən aktrisa nostalji hisslərə qapılıb:

“Gənclik illərində bütün aktrisalar kimi mənim də oynamaq arzusunda olduğum rollar vardı. Amma o rolları mənə vermədilər. Bir dəfə teatrda sorğu apardılar, arzuladığımız rolların siyahısını yazdılar. Amma üstündən bir az keçməmiş o rolları başqalarına verdilər. Kaş ki, o rolların adını yazıb verməyəydim. Yadlarına salmayaydım. Baxırdım ki, biri asqırır. Onu elə şişirdib təqdim edirlər, hamı deyir ki, bu dahidir. Amma mənim elə gözəl rollarımı bir dəfə də tərifləmirdilər. İndi də vaxt, zaman keçib, istəyirəm, yaşıma uyğun rolları oynayım”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm