Meyxanaçı Vüqar: “Əsəbiləşib verilişi yarımçıq tərk etdim”
Bizi izləyin

Magazin1

Meyxanaçı Vüqar: “Əsəbiləşib verilişi yarımçıq tərk etdim”

Çoxdandır efirdə, ümumiyyətlə, şou tədbirlərdə görünməyən meyxanaçı Vüqar Əbdülov, sən demə, jurnalistlərdən və aparıcılardan inciyibmiş.

Meyxanaçı Publika.az-a incikliyini belə izah edib:

“Bunu məndən hər kəs soruşur. Niyə görünmədiyim çoxlarına maraqlıdır. Tədbirlərə getməməyimin, verilişlərə çıxmamağımın səbəbi mənimlə əlaqədar deyil. Çünki mən elə əvvəlki kimi yaradıcılığımla məşğulam. Sadəcə olaraq, çağırılan yerə gedirəm. Di gəl, bir dəfə zəng edib, hansısa verilişə dəvət edən yoxdur. Bir müddət öncə, telekanalların birində əsəbiləşib verilişi yarımçıq tərk etdim, hamı yazdı. Amma adi günlərdə bir nəfər soruşmur ki, hardasan, yaradıcılığında hansı yeniliklər var. Hər kəs qalmaqal axtarır. Mən də qalmaqal adamı deyiləm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm