• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əməkdar artist: “Onlar üçün xüsusi ssenarilər yazılmalıdır”

  • Magazin1
  • 20 İyul 2015 15:30
  • 547 Baxış
Əməkdar artist: “Onlar üçün xüsusi ssenarilər yazılmalıdır”

Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva istəklərini dilə gətirib.

Publika.az-a açıqlama verən aktrisa giley-güzarını ifadə edib: “Bu gün elə aktrisalarımız var ki, illərdir filmlərə çəkilmirlər. Hansı ki, onlar vaxtilə milli kinomuzun ən gözəl nümunələrində rol alıblar. Hesab edirəm ki, həmin aktrisalar üçün xüsusi ssenarilər yazılmalıdır. Onlar filmlərə dəvət olunmalıdırlar. Axı qəlbi sənətlə döyünən hər bir aktrisa kinodan ayrı qalanda əziyyət çəkir”.

Aktrisa belə ssenarilərin yazılacağına və yaşlı sənətkarların yenidən filmlərdə görünəcəyinə ümid etdiyini bildirib.

Cəvahir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR