Aytac: “Məni yolumdan döndərmək istədilər, amma...” - FOTOLAR
Bizi izləyin

Magazin1

Aytac: “Məni yolumdan döndərmək istədilər, amma...” - FOTOLAR

Gənc müğənni Aytac Vidadiqızı Türkiyədə istirahətdədir. Bu barədə xəbəri Publika.az-a ifaçı özü verib. İstirahət etməyi sevən ifaçının dincəlmək həvəsini bəzi həmkarları birmənalı qarşılamayıb. Belə ki, məhz indi səfərə getməsini hətta ağılsızlıq adlandırıb.

“Bir aydan çoxdur ki, Ramazan ayı davam edir. Əksər həmkarlarım orucluq ayının bitməsini gözləyirdi ki, yenidən toylara gedib, pul qazansınlar. Biləndə ki, orucluq bitəndən sonra istirahətə yollanıram, hətta məni fikrimdən daşındırmaq istəyənlər də tapıldı. Amma bunu bacarmadılar. Pulu hər zaman qazana bilərik, amma istirahətin dadını yayda çıxarmaq lazımdır”.

Aytac Vidadiqızı istirahət üçün Mərmərə dənizinin sahilini seçdiyini də əlavə edib.

“Dənizdə üzməkdən çox, dənizi seyr etməyi, təbiət qoynunda olmağı sevirəm. Bakıda olanda da dənizə gedib ancaq seyr edirəm. Təəssüf, vətənimdə dənizə üzməyə gedə bilmirəm. İndi hər kəsin əlində kameralı mobil telefonlar var. Şəkil çəkib sosial şəbəkədə paylaşırlar. Mən isə belə şeylərin əleyhinəyəm”.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm