Rəqsanənin qızı anasının yolu ilə gedir - VİDEO
Bizi izləyin

Magazin1

Rəqsanənin qızı anasının yolu ilə gedir - VİDEO

Müğənni Rəqsanənin qızı Aysun İsmayılova özünü müğənni kimi sınayıb. Gənc qız “Devlerin aşkı böyük olur” adlı məşhur türk mahnısını ifa edib.

İlk dəfə əlinə mikrofon alıb mahnı oxuyan Aysun müğənnilik etmək fikrində olmadığını da dilə gətirib:

“Müğənnilik etmək sevdam yoxdur. Ürəyim istəyib oxumuşam. Mahnı oxumağımı müğənniliyə can atmaq kimi qələmə verməsinlər”.

Xatırladaq ki, Aysun Türkiyədə modelyer kimi təhsil alıb və anasının bir sıra geyimlərinin müəllifidir.

Qeyd edək ki, “Devlerin aşkı büyük olur” mahnısını Türkiyənin çoxsaylı müğənniləri ifa edib. Onların arasında Muazzer Ersoy, Seda Üren, Barış Bilge də var.

Murat Yaprak və Sevda Özkaranın mahnını ötən il yeni aranjemanda ifa etməsi isə mahnıya ikinci can verib. Cütlüyün ifasında mahnı “YouTube”da 20 milyon dəfə izlənilib.

Publika.az Aysunun ifa etdiyi mahnını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm