Aygün Kazımova konsertə hazırlaşır
Bizi izləyin

Magazin1

Aygün Kazımova konsertə hazırlaşır

Xalq artisti Aygün Kazımova gələn ay baş tutacaq solo konsertinə hazırlaşır. Bu barədə xəbəri müğənni özü sosial şəbəkədə paylaşıb. Konsert avqust ayının 21-i Bakıda dəniz sahilində yerləşən məkanlardan birində baş tutacaq.

Publika.az-a açıqlamasında müğənni həmişə olduğu kimi, budəfəki konsertində də sürprizlər vəd edib.

Qeyd edək ki, konsertin təşkilatçısı Nahid Emiloğludur. O, indiyədək xalq artistinin çoxsaylı konsertlərinin təşkilatçısı olub.

Hələliksə, Aygün Kazımova Naxçıvandadır. O, güləş üzrə Naxçıvan Kuboku uğrunda beynəlxalq turnirin açılışında iştirak edəcək. Tədbirin açılış mərasimi sabah saat 10.00-da baş tutacaq.

Qeyd edək ki, davam edəcək tədbir Naxçıvan şəhəri Olimpiya İdman Kompleksində keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə keçirilən turnirdə komandalar iki yarımqrupda mübarizə aparacaqlar. Turnirdə Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Qazaxıstan komandalarının iştirakı planlaşdırılır.


Turnirin proqramına əsasən, iyulun 22-də qrup görüşləri, iyulun 23-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm