Əlibaba Məmmədov: “Məmmədbağırı xatırlayanda kövrəlirəm”
Bizi izləyin

Magazin1

Əlibaba Məmmədov: “Məmmədbağırı xatırlayanda kövrəlirəm”

Bu gün xalq artisti, sevilən müğənni Məmmədbağır Bağırzadənin doğum günüdür.

Sənətkarı müəllimi, ustad xanəndə Əlibaba Məmmədov yad edib.

Publika.az-a tələbəsindən danışan xanəndə kövrəlib:

“Məmmədbağır mənim ən sevimli tələbəm olub. Dörd il ona dərs demişəm, iki il də rəhbərlik etdiyim “Humayun” ansamblında çalışıb. O, təpədən-dırnağa musiqiçi idi. Ərəb, türk, hind, iran musiqilərini çox məharətlə oxuyurdu. Şirin səsi ilə ürəklərə su çiləyirdi. Həmişə dərsdən evə gedəndə deyirdim ki, Məmmədbağır, bir ağız oxu, ruhumuz dincəlsin, sonra gedək. Bəzən deyirlər ki. əvəzolunmaz adam yoxdur, mən deyirəm ki, var.

Məmmədbağır belə əvəzolunmaz sənətkarlardandır. Heyif ki, çox tez getdi, 55 yaş nədir ki? Onu xatırlayanda həmişə kövrəlirəm”.

Qeyd edək ki, müğənni 2005-cı ildə 55 yaşında dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm