Əməkdar artist: “Dima Bilan mənə dedi ki...”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Dima Bilan mənə dedi ki...”

Əməkdar artist, skripka ifaçısı Səlim Abbasov Azərbaycanda öz sahəsi üzrə ilk dəfə şou yaradan sənətçi olduğunu deyib.

Publika.az-a açıqlama verən ifaçı hətta “Eurovision” qalibi Aleksandr Rıbakı belə öz performansı ilə heyrətləndirdiyini bildirib:

“Azərbaycanda “Eurovision” yarışması günlərində Aleksandr Rıbak və Dima Bilan Bakıya gəlmişdi. Mən onlarla birgə məşq edirdim. Məşq zamanı Rıbakın məşhur mahnısını ifa edib, özüməməxsus şəkildə performansımı nümayiş etdirdim. Dima Bilan çox heyrətləndi və dedi ki, Rıbakdan da gözəl ifa etdin. Rıbak çox pis olmuşdu. Hətta onun xanım prodüseri mənə yaxınlaşıb xahiş etdi ki, bu mahnını Rıbakın yanında ifa etməyim, çox həyəcan keçirir”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm