Əməkdar artist aparıcılara irad tutdu: “Hər şeyin yeri var”
Bizi izləyin

Magazin1

Əməkdar artist aparıcılara irad tutdu: “Hər şeyin yeri var”

“Əyləncəli veriliş çərçivədən çıxmaq demək deyil”, - bu fikir bir vaxtlar “Göz dəyməsin” verilişinin aparıcısı, əməkdar artist Nüşabə Ələsgərliyə məxsusdur. Bu gün “Görüş yeri” verişilində qonaq olan ifaçı Milli Mətbuatın 140 illiyi münasibətilə bütün media işçilərini təbrik etməklə yanaşı, bəzi aparıcılara irad da tutub. O, misal olaraq özünün keçmişdə aparıcısı olduğu verilişi nümunə gətirib.


“Verilişim sırf əyləncəli veriliş idi. Amma əyləncəli veriliş çərçivədən çıxmaq demək deyil. Hər şeyin yeri var. Verilişimə gələn qonaqlarıma hədiyyələr verirdim. Mahnılarını oxuyurdular. Sənətlərində olan yeniliklərdən danışırdıq. Sonda isə onlara verilişin adına uyğun olaraq göz muncuğu bağışlayırdım”.


Qeyd edək ki, “Görüş yeri” verilişi həftə içi hər gün saat 11:00-da “Space” telekanalında yayımlanır.


İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm