Mehribanı boşatdıran Brilliant Dadaşovanın bacısı imiş
Bizi izləyin

Magazin1

Mehribanı boşatdıran Brilliant Dadaşovanın bacısı imiş

Əməkdar artist Mehriban Xanlarova erkən nikahları pisləyib. Bununla yanaşı, o, ailələrin dağılmasında qayınanaların əlinin olmasını da bildirib. Xəzər telekanalında qonaq olan aktrisa öz həyatı haqda ilk dəfə etiraf edərək, ailəsinin dağılmasında qayınanasını günahlandırıb.


“İndi baxırsan ki, 20-21 yaşlı qızlarımız boşanıblar. Mən özüm həyat yoldaşıma görə 4 il sənətimə fasilə verdim. İt kimi peşmanam. Kaş ki, atmazdım. Neçə ssenarilər üzümə bağlandı. Mən həqiqəti söyləyirəm. Bunu kinostudiyadan da öyrənə bilərsiniz. Allah rəhmət etsin Tofiq Tağızadəyə. Məni dəfələrlə çağırdı. Çox peşaman... Qayınanama görə ayrıldım. Həyatımda ümumiyyətlə, peşmançılıq çoxdur. Danışsam, gərək oturaq hönkür-hönkür ağlayaq”.

Qeyd edək ki, Mehriban Xanlarova müğənni Lalə Dadaşovanın gəlini olub. Lalə Dadaşova Brilliat Dadaşovanın bacısıdır.

Abbas

Oxumağa davam et
Reklam
Reklam

Gündəm