Xumar Qədimova “Yaralı könül” deyir - AUDİO
Bizi izləyin

Magazin1

Xumar Qədimova “Yaralı könül” deyir - AUDİO

Müğənni Xumar Qədimova dünyaca məşhur “Taksi” filminin saundtrekini ifa edib. Publika.az xəbər verir ki, müğənninin türk dilində ifa etdiyi “Yaralı könül” mahnısı maraqla qarşılanıb.

Xatırladaq ki, mahnının ilk ifaçısı Türkiyənin məşhur müğənnisi Zəki Müren olub. O, mahnını 1950-ci ildə ifa edib.

Mahnıya dünya şöhrətini isə 2006-cı ildə “Black Eyed Peas” qrupu qazandırıb. Belə ki, mahnının qrupun ifasında remiks versiyasının “Taksi” filmində səsləndirilməsi əsərə ağılasığmaz uğur gətirib. Mahnı həftələrlə dünya hit paradlarının ilk pilləsində qalıb. Hazırda qrupun ifasında mahnı “YouTube”da 215 milyondan çox izlənilib.

Publika.az mahnını həm Xumar Qədimovanın, həm ilk ifaçısının, həm də ona dünya şöhrəti qazandıran “Black Eyed Peas” qrupunun ifasında təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm