Əməkdar artist: “Bu təklif məni şoka saldı”
Bizi izləyin

Magazin1

Əməkdar artist: “Bu təklif məni şoka saldı”

Əməkdar artist, aktrisa Hüsniyyə Mürvətova dəvət aldığı yeni filmdəki obrazından danışıb.

Publika.az-a açıqlama verən aktrisa fərqli bir rolda görünəcəyini bildirib:

“Sentyabrda Natiq Rəsulun ssenari müəllifliyi və rejissorluğu ilə yeni bir filmdə çəkiləcəyəm. Düzünü deyim ki, ilk dəfə rejissor bu rolu mənə təklif edəndə şoka düşdüm. Çox tərəddüdlərim oldu. Amma o rolun mahiyyətini mənə başa salandan sonra fikirlərim tamamən dəyişdi. Açıq-saçıq bir qadının obrazını canlandıracağam. Ancaq filmdə heç bir açıq-saçıq görüntülər olmayacaq. Kənddə yaşayan bir qadından söhbət gedir. Sadəcə olaraq, hamı onu “filankəs” deyib pis adla çağıracaq, mən o ifadəni dilimə gətirmək istəmirəm”.

Aktrisa yeni rolunun hər kəs tərəfindən bəyəniləcəyinə əmindir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm