Müğənnimiz kişi axtarışına çıxdı: “Ciddi olmayan narahat etməsin” – FOTOLAR
Bizi izləyin

Magazin1

Müğənnimiz kişi axtarışına çıxdı: “Ciddi olmayan narahat etməsin” – FOTOLAR

“Qaya” ansamblının solisti Şölə Səfərəliyeva yeni klip çəkilişlərinə hazırlaşır. Publika.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb. O, yeni klipi üçün dünya şöhrətli aktyor Eşton Kuçerə bənzər kişi axtarışına da çıxıb.


“Yeni klipimin çəkilişləri üçün aktyor Eşton Kuçerə oxşar könüllü bəy axtarılır. Fotonuzu və haqqınızda məlumat yollaya bilərsiniz. Ciddi olmayan narahat etməsin. Özünü yaraşıqlı görən qaraşınlar da foto göndərib qatıla bilər, qismət. Çox sağ olun”.


Qeyd edək ki, Eşton Küçer dünya şöhrətli aktrisa Demi Murun keçmiş həyat yoldaşıdır. Uzun sürən boşanma prosesindən sonra Eşton aktrisa Mila Kunis ilə vətəndaş nikahına daxil olub. Cütlüyün bir qızı var.


İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm