“Mən ancaq dünənki Miri Yusiflə rəqabət apara bilərəm”
Bizi izləyin

Magazin1

“Mən ancaq dünənki Miri Yusiflə rəqabət apara bilərəm”

İyulun 25-də Yaşıl Teatrda verməyə hazırlaşan Miri Yusif konsertlərin sayı ilə digər müğənnilərlə rəqabətə girmək istəmir:

“Mən ancaq dünənki Miri Yusiflə rəqabət apara bilərəm. Özümü hər kəsdən üstün tutmuram. Sadəcə, bu, mənim üçün ən sağlam rəqabətdir. İlk dəfə Bakı Caz Mərkəzində kiçik auditoriya üçün konsert vermişdim. Bir müddət sonra Yaşıl Teatrda və Heydər Əliyev Sarayında konsert verdim. Bax, əsl rəqabət də budur. Yerimdə dayanmıram, öz üzərində daim işləyirəm”.

Müğənni konsert günü yağış yağmasında da qorxmadığını deyib:

“Ötən il konsertimin ilk günü yağış yağmışdı. Qorxurdum ki, heç kim gəlməz. Bütün biletlər satılsa da, inanılmaz dərəcə həyəcanlı idim. Amma zalın dolu olduğunu görəndə bütün həyəcanım yox oldu. Əmin oldum ki, qar da yağsa, tamaşaçılar məni dinləməyə gələcək. Səhnəyə çıxanda da tamaşaçıları “Yağışdan qorxmayan insanlar, sizi salamlayıram!” sözləri ilə salamladım” - deyib.

Miri Yusif Publika.az-a açıqlamasında bildirib ki, əgər bütün dünyanın onu eşitmək şansı olsaydı, “Məktub” mahnısını oxuyardı:

“Qəlbdən gələn hər səs, hər ifadə milyonlarla qəlbə toxuna bilər. “Məktub” isə qəlbdən gələn mahnıdır. Həm də mənim üçün çox özəldir. İnanıram ki, bu mahnı milyonlarla kütlənin qəlbinə toxuna bilər...”

Aytən

Foto: Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm