Azərbaycanın ən cazibədar karateçisi: “Nə dodağım silikondur, nə də burnum...”
Bizi izləyin

Magazin1

Azərbaycanın ən cazibədar karateçisi: “Nə dodağım silikondur, nə də burnum...”

Azərbaycanda keçirilən İlk Avropa Oyunlarında vətənimizə ilk medal sevinci qazandıran karateçi fərqli imiclə ictimai diqqəti özünə cəlb edib. Publika.az xəbər verir ki, bürünc medalçı İlahə Qasımova sosial şəbəkədə marağa səbəb olan fotolarını paylaşıb. Hər zaman idman üslubunda görünən xanım idmançı bu dəfə ənlikli-kirşanlı, bəzək-düzəkli çəkdirdiyi şəkillərini paylaşıb. Özünə hər sahədə əmin olan karateçi nəinki qolunun gücünə, deyəsən, gözəlliyinə də güvənir:


“Nə dodağım silikondur, nə də burnum əməliyyat olunub. Əksinə, burnum qırıqdır. Hətta saçımın rəngi belə özümündür. Nə varsa, təbiidir”.


Publika.az Azərbaycana bürünc medal qazandıran İlahə Qasımovanın bərbəzəkli fotolarını təqdim edir.


İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm