"Azdrama"nın xalq artistlərindən direktora və “Yuğ”a müharibə - QARŞIDURMA
Bizi izləyin

Magazin1

"Azdrama"nın xalq artistlərindən direktora və “Yuğ”a müharibə - QARŞIDURMA

“Yuğ” Dövlət Teatrının baş rejissoru Gümrah Ömərin Aznews.az saytına verdiyi müsahibəsində Akademik Milli Dram Teatrının yaşlı aktyorları barədə səsləndirdiyi ittihamlar qarşı tərəfi özündən çıxarıb. Xalq artistləri ayağa qalxıblar.

Qeyd edək ki, baş rejissor müsahibəsində bir çox qocaman aktyorların “qatarının getdiyini” deyib: “Böyük sənətkar dediyimiz insanlar özlərini bir də təftiş etməlidirlər. Təftiş edib baxsınlar ki, onlar bu gün müasir tələblərə cavab verirlərmi? Onların bu gün fiziki imkanları hansı səviyyədədir? Onlar nələrə arxayındırlar? Hansı ifadə vasitələrinə, hansı düşüncə tərzlərinə güvənirlər? Və bununla nə deyə bilərlər?”

Publika.az-a açıqlama verən xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Ramiz Məlik Gümrah Ömərin cavabsız qalmayacağını bildirib:

“O insan bütün xalq artistləri, o cümlədən də məni təhqir edib və bu təhqirə görə layiqli cəzasını alacaq. Artıq biz qocaman xalq artistləri, onu məhkəməyə verməyə hazırlaşırıq, hüquqlarımızı müdafiə edən vəkil də tapmışıq. O insan nə danışdığının fərqinə varmır. Deyir ki, bizim artıq qatarımız gedib, qocalmışıq, səhnədə yeriyə bilmirik, əldən düşmüşük. Boş-boş danışır ki, teatrın missiyası tamaşaçını tərbiyələndirmək deyil, ona ruh verməkdir. Başa düşə bilmirəm, canlı insan bəyəm ölüdür ki, ona ruh verəsən? Bu məsələdə Azdramanın direktoru İsrafil İsrafilovun da barmağı var. Günah ondadır ki, teatrın qapılarını elə manqurtların üzünə açdı, onlara at oynatmağa imkan verdi”.

Xalq artisti “Yuğ” teatrını da tənqid atəşinə tutub:

“Gümrah deyir ki, guya biz “Yuğ” teatrının aktyorlarının paxıllığını çəkirik, onlar çox peşəkardırlar. O teatr heç vaxt özünü doğrultmayıb. Keçmişdə Vaqif İbrahimoğlu Dədə Qorqud dastanı əsasında “Cəsus” adlı bir tamaşa qoymuşdular, biabırçılıq idi. Azərbaycan əxlaq normalarına sığışmayan o tamaşada açıq intim səhnələr vardı. Utanmadan aktrisa yerə yıxılırdı, aktyor da onun üstündə... Tamaşanın daxili baxışı zamanı mən onları biabır etdim, öz sözümü deyib otaqdan çıxdım. Elə onunla da o tamaşa yığışdırıldı. İndi də bu çıxıb ortalığa. Bizim kimi illərin sənətkarlarını təhqir edir. Hansı haqla? Gümrah Ömər bu sualın cavabını tezliklə məhkəmədə verəcək?”

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm