Təranə Qumral məhkəmənin qərarına münasibət bildirdi
Bizi izləyin

Magazin1

Təranə Qumral məhkəmənin qərarına münasibət bildirdi

Təranə Qumral və Musa Musayev cütlüyü yenicə istirahətdən qayıdıb. Sevilən cütlük məhkəmədə uduzduqdan sonra Publika.az-a danışıb.

Məhkəmədə uduzmalarına baxmayaraq, cütlük özünü əvvəlki kimi xoşbəxt hiss edir.

“Bizim əhvalımızı neçə illərdir heç nə pozmur, o ki qalsın nə isə milçək vızıltısı. Məhkəmədə uduzduq. Qarşı tərəf isə əvvəlcədən udacağına əmin idi, nədənsə. Uduzmaq, udmaq boş şeylərdir. Əsası odur ki, mən həyatda uduzmamışam. Heç kəsin ərini əlindən almamışam, 3-4 uşağı, 5-6 arvadı olan kişidən övlad dünyaya gətirməmişəm. Sevərək ailə qurmuşuq və bugünkü günə kimi də, sevgimizə görə mübarizə aparırıq. Biz əl çəkirik, bizdən əl çəkmirlər”.

Publika.az-a danışan Musa Musayev həyat yoldaşının ona "xəyanət etməsinə", bunu məhkəmənin də sübut etməsinə münasibət bildirib.

“Təranə xanım bütün günü mənimlədir, birlikdəyik. Yazılanlar da boş söhbətlərdi. Məhkəmə prosesində nə video, nə foto, nə onlar dedikləri kimi “intim mesaj” ortaya çıxmadı ki, mən Təranə xanımın əlini buraxım. Kim nəyi sübut etdi ki? Axı o çıxan qərarın və mesajların bir surəti də bizim əlimizdə var. Hər şeyi Allah görür. Bizi sıxışdırırlar, ailəmizi ayırmaq, bizi əzmək iddiasındadırlar, amma alınmayacaq. Eybi yox, biz uduzduq, amma faktları ki dəyişmək olmaz. Həqiqət gün kimi aydındır”.

İntim mesajlar məsələsinə Təranə Qumral da öz fikrini bildirib.

“Mən müğənniyəm, gündə mənə 50 mesaj gəlir. Mən nə edə bilərəm? Hərənin ağlına nə gəlir yazır, əsas mənim cavablarımdır. Axşam hüquqlarımı müdafiə edən vəkilim mənə xoş sözlər yazıb. Deyirəm, ay Vüqar, indi o mesajları da intim mesajlar adı ilə “sırıyarlar”. Vəziyyət çox xarab olub”.

Məhkəmə qərarı barədə Təranə Qumralın hüquqlarını müdafiə edən hüquqşünas Vüqar Səfərli də danışıb. O, məhkəmə prosesi zamanı müdafiəçiləri Təranə və Musa cütlüyünü "yarıda buraxdığı"nı ağ yalan adlandırıb.

“Öncə bildirmək istəyirəm ki, mənim məhkəməni yarıda tərk etməyim, məhkəmədə təmsil etdiyim, hüquqlarını müdafiə etdiyim Təranə xanımı sonadək müdafiə etməkdən imtina etdiyim barədə həqiqətə uyğun olmayan rəyi formalaşdıran şəxs Salayeva Nazəninin vəkili Adəm Məmmədovdur. Nazənin Salayevanın mətbuatda bildirdiyi "hətta qarşı tərəfin vəkili də onların haqsız olduğunu bilib müdafiədən imtina etdi". Bildirmək istəyirəm ki, belə bir hal olsaydı, qətnamədə və protokolda öz əksini tapardı. Bu, tamamilə yanlış və mənim barəmdə mənfi rəy yaratmağa hesablanmış məlumatdır”.

Cütlük isə məhkəmənin ilkin prosesində uduzmalarına baxmayaraq, apellyasiya məhkəməsinə müraciət edəcəklərini bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm