• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Müğənnimiz su pərisi ilə klipə çəkilib - FOTOLAR

  • Magazin1
  • 24 İyul 2015 16:30
  • 771 Baxış
Müğənnimiz su pərisi ilə klipə çəkilib - FOTOLAR

Gənc müğənni Samin Dəniz nəhayət ki, klip çəkdirib. Müğənni indiyədək bir neçə mahnı ifa etsə də, hələ heç vaxt klip çəkdirməyib. İfaçı təəssüratlarını publika.az-la bölüşüb.

“İlk klipimin həyəcanını yaşayıram. Çalışıram ki, klipi izləyən tamaşaçıları qane edim. Özümü imtahan verən tələbə kimi hiss edirəm. Ümid edirəm ki, yaxşı qarşılanacaq”.

Klipdə müğənninin tərəf müqabili isə mifik obraz olan su pərisidir.

“Klipdə çəkilmək üçün xanım axtarışına çıxmışdım. Daha sonra verilişlərdən birinə dəvət aldım. Aparıcı xanım o qədər xoşuma gəldi ki, canlı yayımda ona klipimdə çəkilməyi təklif etdim. Sağolsun, razılaşdı. Yay ayları olduğundan klipimi elə dəniz kənarında çəkdik. Klipim ssenari müəllifi Hacı Quliyevdir”.

Qeyd edək ki, klip müğənninin “Bir dənizdir” adlı mahnısına çəkilir. Mahnının sözləri Zeynəb Ədalətqızına, musiqisi isə Elvin Abdullayevə məxsusdur.

Publika.az klipin çəkiliş prosesindən fotoları təqdim edir.

İsa

Xəbər lenti

DAHA ÇOX XƏBƏR