Aygün Kazımova Röyaya jest etdi - FOTOLAR
Bizi izləyin

Magazin1

Aygün Kazımova Röyaya jest etdi - FOTOLAR

Müğənni Röya Ayxan və jurnalist İsa Şükürov arasında qalmaqal bir neçə ildir davam edir. Tərəflərin bölüşdürə bilmədiyi bir şey olmasa da, cütlüyün bir-birinə simpatiyası da yoxdur. Müğənni və jurnalist bir neçə dəfə aralarında yaşanan qalmaqal ilə medianın gündəminə gəlib.

Son qalmaqal isə ötən həftə baş verib. Müğənni Röya Ayxan İsa Şükürovu “instagram” sosial şəbəkəsində təhqir edib. Müğənni elə düşünüb ki, saytlardan birində gedən məqalənin müəllifi İsa Şükürovdur. Düzdür, Röya sonradan səhvini anlayıb, yazdıqlarını pozsa da, artıq iş-işdən keçmişdi.

Ünvanına yazılan təhqirdən sonra jurnalist müğənnini məhkəməyə verəcəyini bildirsə də, Publika.az-a açıqlamasında məhkəmədən imtina etdiyini əlavə edib. Onu fikrindən daşındıran isə xalq artisti Aygün Kazımova olub.

“Röya ilə aramda ilk dəfə deyil ki, xoşagəlməzlik yaşanır. Keçən dəfə susdum. Düşündüm ki, böyüklük etsəm, bəlkə o, bir daha belə səhvə yol verməz. Amma demək ki, yanılmışam. Röyanın ikinci dəfə ünvanıma yazdığı təhqirlərdən sonra məcbur qalıb onu məhkəməyə verməli oldum. Vəkillə danışdım, ona etibarnamə verdim. Bütün sənədləri topladım. Lakin məhkəmə öncəsi xalq artisti Aygün Kazımova ilə məsləhətləşdim. O, məni bu fikirdən daşındırdı. Aygün xanım böyük sənətkardı. Onun ürəyinin bu qədər yumşaq, mərhəmətli olduğunu bilirdim. Amma buna bir daha şahid oldum. Bəlkə də digər sənətçi olsaydı, mənə dəstək durardı. Arxamda dayanıb sona qədər məndən alət kimi istifadə edərdi. Lakin Aygün xanım mənə məsləhət verdi. Onun istəyi ilə Röyanı məhkəməyə vermək fikrindən daşındım. Röya bu addımımı Aygün Kazımovadan özünə jest kimi qəbul etsin. Çünki mən olsaydım, bu işin sonuna kimi gedəcəkdim”.

Qeyd edək ki, jurnalist İsa Şükürov xalq artisti Aygün Kazımovaya xüsusi rəğbəti ilə seçilir. O, Aygün Kazımovanın qızı İlqarə Kazımovanın meneceridir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm