Azərbaycanlı xanımlar Azisin konsertində səhnədə rəqs etdilər - VİDEO/FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanlı xanımlar Azisin konsertində səhnədə rəqs etdilər - VİDEO/FOTOLAR

Xəbər verdiyimiz kimi, dünya şöhrətli bolqar müğənni Azisin Bakı konserti baş tutub. Konsertə gələn tamaşaçılar demək olar ki, konsertdən narazı getməyib. Müğənnini ayaqüstə alqışlayıb, onunla bərabər mahnı ifa edən heyranları ürəkləri istədikləri kimi dincələ bilib.

Səhnədə hit mahnılarını ifa edən Azis onunla şəkil çəkdirmək arzusunda olan ağlayan bir heyranına isə eyfariya yaşadıb. O, göz yaşları içində olan heyranının yanına özü düşüb və onu öpərək qucaqlayıb. Bu da azmış kimi heyranını özü ilə birlikdə səhnəyə çıxardaraq onunla rəqs etməyə başlayıb. Yaşadıqlarından sevincək olan xanım onu öpməyə və ona xoş sözlər deməyə başlayıb.

Amma olanlar bununla bitməyib....

Həmin xanımın ardınca digər xanımlar da səhnəyə axın etməyə başlayıb. Onlar müğənni ilə birlikdə rəqs etməyə başlayıb. Səhnədə düşmək istəməyən xanımları müğənni çətinliklə də olsa yola salmağı bacarıb.

Konsertin sonuna yaxın daha bir xanım səhnəyə çıxaraq peşəkar rəqqasə olduğunu bildirib. O, bunu sübut etmək üçün rəqqasə olmasını sübut edən sənəd də təqdim edib. Bunu görən Azis xanımla rəqs etməyə başlayıb.

Publika.az həmin görüntüləri təqdim edir.

İsa Şükürov

Fotoqraf Fərhad Əhmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm