Magazin1
İlhamə Brilliantın mahnısını radiolardan yığışdırtdırır
İki xalq artisti İlhamə Quliyeva ilə Brilliant Dadaşova arasındakı mahnı qalmaqalı yeni mərhələyə qədəm qoyub. Belə ki, əvvəlcə mahnının başqasının ifasında səslənməsinə qadağa qoyan İ.Quliyeva qanun çərçivəsində bunun qarşısını ala bilməyəcəyini anlayaraq qeyri-qanuni yollara əl atıb. Publika.az “1news.az” saytına istinadən xəbər verir ki, İlhamə Quliyeva çıxış yolunu yerli radiostansiyaların rəhbərlərinə zəng etməkdə tapıb. O, Fikrət Əmirovun “Neyləmişəm” mahnısının Brilliant Dadaşovanın ifasında səsləndirilməməsini tələb edib. Bəzi radiostansiyalar İlhamə xanımın bu kaprizini qəbul edərək, Dadaşovanın mahnısını gündəlik efirindən və TOP 10-luqlardan çıxardıblar.
Xatırladaq ki, İlhamə Quliyeva həmin mahnını Fikrət Əmirovun məhz
onun səsi üçün bəstələdiyini və heç kəsin həmin mahnını ifa etməyə
haqqı olmadığını iddia edib. Lakin Brilliant Dadaşovanın onun
iddialarına məhəl qoymadan mahnıya müraciət etməsi “primadonna”nı
özündən çıxarıb. O, həmkarına və mahnının bəstəkarı Fikrət Əmirovun
oğlu Cəmil Əmirova qarşı od püskürüb. Onları məhkəmə ilə
hədələyib.
Abbas
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək