Gülyaz Məmmədova: “Mahnıları ona xəstəliyini də unutdururdu” - FOTOLAR
Bizi izləyin

Magazin1

Gülyaz Məmmədova: “Mahnıları ona xəstəliyini də unutdururdu” - FOTOLAR

Dünən Şərqdə ilk dəfə opera yazan bəstəkar, xalq artisti Şəfiqə Məmmədovanın xatirə günü idi.

Publika.az-a danışan xalq artisti Gülyaz Məmmədova xatirə günündə Azərbaycan musiqisinə misilsiz töhfələr verən bəstəkarla bağlı xatirələrini bölüşüb:

“Şəfiqə xanımın mahnılarını oxumayan müğənni yoxdur. Mən də onun əksər mahnılarını sevə-sevə oxumuşam. Şəfiqə xanımın “Gəlin qayası” operasında oynamışam. Yadımdadır ki, operanın məşqlərində özü də iştirak edirdi, mənə necə oynamağı başa salırdı. Həyatında bir neçə dəfə ölümlə üz-üzə qalmışdı, amma həkimlər onu həyata qaytarmışdı. Şəfiqə xanım ən ağır xəstə yatdığı vaxtlarda belə musiqi bəstələyirdi. Çətinliklə də olsa pianoya yaxınlaşıb ifa edirdi. Mahnıları ona xəstəliyini də unutdururdu. Onun bütün mahnılarını müğənnilər təmənnasız oxuyurdular. Şəfiqə xanım onlardan pul ummurdu, amma inciyirdi. İstəyirdi ki, mahnılarını oxuyan hər bir müğənni ona baş çəksin, halını soruşsun. Onu yadıma salanda çox kövrəlirəm”.

Xatırladaq ki, Üzeyir Hacıbəylinin tələbəsi olan Şəfiqə Axundova 2013-cü ildə 89 yaşında dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm