Xəstə yatan aktrisa: “Ora gedəndə kövrəlirəm”
Bizi izləyin

Magazin1

Xəstə yatan aktrisa: “Ora gedəndə kövrəlirəm”

Əməkdar artist, Musiqili Teatrın aktrisası Gülnar Salmanovanın səhhətində irəliləiyşlər olsa da, hələ də səhnəyə çıxa bilmir.

Publika.az-a açıqlama verən aktrisa teatrda oynadığı rollar üçün qəribsədiyini deyib:

“Musiqili Teatrda o qədər gözəl tamaşalarım var ki, indi heç birində oynaya bilmirəm. Teatrda çalışan həmkarlarım da mənə görə o rollara yaxın durmurlar. Deyirlər ki, Gülnar səndən sonra o tamaşalarda oynaya bilmərik. Bir ay bundan əvvəl teatra getmişdim, qapıdan içəri girən kimi kövrəldim. İnanıram ki, sağalıb yenidən səhnəyə çıxacağam. Bilirəm ki, tamaşaçılarım mənim üçün çox darıxıb”.

Qeyd edək ki, aktrisa şəkər xəstəliyi və böyürək çatışmazlığından əziyyət çəkir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm