Rəhim Rəhimli həmkarlarına: “Biabırçılıqdır! Ayıbdır!”
Bizi izləyin

Magazin1

Rəhim Rəhimli həmkarlarına: “Biabırçılıqdır! Ayıbdır!”

Bəstəkar-müğənni Rəhim Rəhimli həmkarlarını, daha dəqiq desək, musiqi savadı olmayıb, mahnı bəstələyənləri tənqid edib. Publika.az xəbər verir ki, bununla bağlı ifaçı ATV telekanalına müsahibəsində bildirib:

“Hər ay bir mahnı təqdim etmək vacib deyil. Hər verilişə çıxmaq lazım deyil. Qulağın var, gözün var. Eşit də, nə oxuyursan. Müğənnilər son zamanlar özlərinə mahnı yazır. Biabırçılıqdır! Ayıbdır!”

O, müğənniləri simiclikdə, bəstəkarları pul xərcləməyə əllərinin gəlməməsində günahlandırıb. Rəhim iddia edib ki, bəstəkar mahnısı ifa etməyən müğənni heç vaxt sevilə bilməz.

“Müğənnisən müğənniliyini et. Sənin səsinə yazılmış mahnıları ifa et. Özün bəstələyə bilmirsən də, müraciət et Elçin Cəfərova, Pərvizə, Rəhimə… Əgər mənim sənə yazdığım mahnı hit olmasa, gəl, mənə verdiyin qonorarı apar. Razıyam! Bəstəkara pul xərcləmək istəmirlər. Ona görə də sevilmirlər. Ya da bəstəkara pul verməmək üçün oxunmuş mahnılar ifa edirlər. Müğənnilər bunu anlamalıdır ki, bəstəkara pul xərcləməsələr, sevilməyəcəklər. Boş-boş efirdə görünməyin heç bir mənası yoxdur”.

Buna əyani sübut kimi o, dünya şöhrətli müğənniləri nümunə göstərib.

“Madonna, Beyons, Tarkan kimi sənətçilər bəstəkarlara pul xərcləyirlər. Mahnı alırlar. Rusiya şou-biznesində cəmi 10-15 nəfəri səhnədə görə bilərsən. İcazə vermirlər pinti mahnıları olan sənətçilər qarışqa kimi dolaşsınlar səhnədə. Amma biz buraxdıq səhnəni hamının öhdəliyinə. Belə getsə, heç bir şeyi xlias etmək olmayacaq və şou-biznesimiz çökəcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm