Murad Arif: “5 yerdə maşın, ev…”
Bizi izləyin

Magazin1

Murad Arif: “5 yerdə maşın, ev…”

Tanınmış aparıcı, şoumen və bəstəkar Murad Arifi özündən çıxarıblar.

Publika.az xəbər verir ki, aparıcı özünün instaqram səhifəsində ad çəkmədən bəzi insanlara ismarış göndərib.

“Hər adam yaşamağın təhərini, qaydasını bilmir. Yox, mən demirəm ki, mən bilirəm. Amma bir şeyi şəxsi təcrübəmdən öyrənmişəm. Heç bir uğur, nailiyyət, şöhrət insanı doğmaların əhatəsindən, onların sevgisindən çox isitmir. Qoy, səni milyonlar sevsin, ya da ki, qaz vurub qazan doldur, milyonlar qazan, 5 yerdə maşın, ev... Dünyadan 4 əlli yapış, başqalarının torbasını tik, öz torbanı doldur... Bunları el-aləm üçün, yekələnmək üçün edirsənsə, insanlarda həsəd, paxıllıq, heyranlıq, süni rəğbət oyadacaqsan. Bəs özün? Özünə heç nə vermir bunlar. Özünə qalan yalnız doğmalarınla paylaşdığın rahat axşamlar, nurlu səhərlər, dadlı süfrələr, gözəl günlər, xatirələrdir... Ona görə də, dəridən-qabıqdan çıxmayın, hüzur və səadət sadə şeylərdədir. Sadə detallara fikir verin. Xırda sevinclərə diqqət ayırın. Ailənizlə olun. Ən şöhrətli və ya ən varlı adamlar ən xoşbəxt olanlar deyil. Ən gözəl xatirələr çox zaman ödəniş tələb etmir”.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm