Xəyyam Nisanovun 27 illik xatirəsi – FOTO
Bizi izləyin

Magazin1

Xəyyam Nisanovun 27 illik xatirəsi – FOTO

Müğənni Xəyyam Nisanov sosial şəbəkədə marağa və müzakirələrə səbəb olan status paylaşıb. O, 27 il yaşadığı, uşaqlığını, gəncliyini keçirdiyi məhəllədən yazması ilə diqqəti özünə çəkməyi bacarıb.

“Doğulandan 27 ilimi bu həyətdə yaşamışam. Həm şən, həm kədərli, həm eniş, həm də yüksəlişimiz olub. Bütün məhəllə isə yolun kənarındakı bu daşın ərtafında olardı. İlk gələn isə bu daşın üzərində oturmaq şərəfinə nail olardı... İndi isə mənim dostum və qonşumun dediyinə görə daşın ətrafı bomboşdur. Bu gün təxminən 1 saat həmin daşın üzərində əyləşdim və gözlədim ki, kimsə yaxınlaşıb deyəcək ki, çəkil mən də oturum. Təəssüf ki, heç kəs yaxınlaşmadı. Dostlar, demək biz hamınız böyümüşük”.

Müğənninin bu statusuna etiraz edənlər də tapılıb. Onlar müasir texnoloji avadanlıqların, planşet və telefonların insanları real həyatdan ayırdığını bildiriblər.

Maraqlı məqam isə odur ki, qonşularını 1 saat daşın üzərində gözləyən müğənniyə real həyatda yaxınlaşan olmasa da, bu statusdan sonra Xəyyamın qonşuları ifaçıya sosial şəbəkədə yazaraq, xatirələrini bölüşüblər.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm