Fikrət Qocanın səhhəti pisləşdi, həkim nəzarətinə götürüldü
Bizi izləyin

Magazin1

Fikrət Qocanın səhhəti pisləşdi, həkim nəzarətinə götürüldü

Xalq şairi Fikrət Qocanın səhhəti pisləşib.

Publika.az-ın əldə etdiyi məlumata görə, müayinə olunmaq məqsədilə Türkiyəyə aparılan xalq şairinin sağlıq durumu ürəkaçan deyil.

Publika.az xalq şairi ilə əlaqə saxlayıb. Xəbəri təsdiqləyən Fikrət Qoca Türkiyədən bədgüman qayıtdığını deyib:

“Heç yaxşı deyiləm, hazırda yataq şəraitində həkim nəzarəti altında müalicə alıram. Bir-iki gündür Türkiyədən qayıtmışam. Həkimlər səhhətimin yaxşı olmadığını və müalicəyə ehtiyacımın olduğunu deyib. Ciddi həkim nəzarətindəyəm”.

Qeyd edək ki, Fikrət Qoca bir müddətdir ki, ürək çatışmazlığından əziyyət çəkir.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm