Xatun: “Könül Kərimova balama qarğış tökür”
Bizi izləyin

Magazin1

Xatun: “Könül Kərimova balama qarğış tökür”

“Balamdan nə istəyirsən?”- bu sualı müğənni Xatun həmkarı Könül Kərimovaya ünvanlayıb. Publika.az xəbər verir ki, Xatun həmkarından ATV telekanalının canlı efirində giley-güzar edib.

Könül Kərimova ilə Xatun arasında parodiya üstündə başlayan qalmaqal, deyəsən, hələ uzun sürəcək. Belə ki, tərəflər fürsət tapdıqca bir-birilərinin ünvanına sərt ittihamlar səsləndirir. Bu dəfə isə ATV telekanalında qonaq olan müğənni Xatun Könül Kərimovanı onun oğluna qarğış etməkdə günahlandırıb:

“Daha onu parodiya etməyəcəm. Pis hallar keçirir, onun qənimi deyiləm ki. Belə reaksiya verəcəyini düşünməmişdim. Əvvəl mənə qarğış edirdi. Bir-iki verilişdə isə oğluma qarğıyıb. Aparıcı da deyib ki, bir-birinizə nə desəniz də, balanızı qatmayın. Mənə nə istəyir desin, anamı, balamı niyə qatır ki? Balamdan nə istəyirsən?”

Xatırladaq ki, iki müğənninin münasibətinin soyumasına Xatunun iştirak etdiyi verilişlərdə Könül Kərimovanı parodiya etməsi səbəb olub. Könül Kərimova bir neçə dəfə həmkarından onun parodiyasına son qoymağı tələb etsə də, o, deyilənləri qulaqardına vurub.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm