“İlqarə hara, mətbəx hara?”
Bizi izləyin

Magazin1

“İlqarə hara, mətbəx hara?”

Gənc müğənni İlqarə Kazımova formada qalmaq üçün mütəmadi olaraq pəhriz saxlasa da, bu, onun bacarıqlarını mətbəxdə tətbiq etməsinə mane olmur. Publika.az-a açıqlama verən gənc müğənni mətbəxtdə vaxt keçirməyi, yeməklər bişirməyi sevdiyindən danışıb:

“Düzdür, çoxu düşünə bilər ki, İlqarə hara, mətəbx hara? Hətta yəqin elə düşünürlər ki, İlqarə yaşadığı evin mətbəxinin yolunu belə tanımır. Amma bu, belə deyil. Mətbəxdə olmağı, yemək bişirməyi çox sevirəm. Ən çox bişirdiyim yemək spagetti fituçinidir. Göbələk və tamat şorbası bişirməyi də sevirəm. İtalyan mətbəxinə daha çox önəm verirəm. Spagetti dietamı pozsa da, hərdən bu ləziz yeməyin dadına baxmağa özümə icazə verirəm”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm