Magazin1
Məşhur rejissor xəstəxanaya yerləşdirildi
Məşhur rejissor infarkt keçirib. Tanınmış kinorejissor Eldar Ryazanov xəstəxanaya yerləşdirilib.
Publika.az ANS PRESS-ə istinadən mxəbər verir ki, Eldar Ryazanov dünən səhər saatlarında evində olarkən özünü pis hiss edib. Saat 5-də onun yaxınları həkim çağırıblar və o, xəstəxanaya aparılıb. Həkimlər onun vəziyyəytinin ağır olduğunu bildirirlər. Məlum olub ki, Eldar Ryazanov infarkt keçirib. Bundan başqa müayinə zamanı onun ciyərlərində şiş də aşkarlanıb.
Xatırladaq ki, kinorejissor Eldar Ryazanov keçən ilin noyabr ayında da xəstəxanaya yerləşdirilmişdi. Onun ətrafındakılar Ryazanovun Burdenko adına neyrocərrahiyyə institutunda müayinə keçdiyini deyirdilər. Amma bir çox mənbələr Ryazanovun insult keçirdiyini və bədəninin bir hissəsinin qismən iflic olduğunu bildirirdi. Qeyd edək ki, 87 yaşlı Eldar Ryazanov 20-yə yaxın filmin müəllifidir. Onlardan ən məşhurları "Karnaval gecəsi", "Qusar balladası", "Avtomobildən qorun", "İşdə məhəbbət macərası", "Qaraj", "Qəribə təsadüf və ya həmişə təmizlikdə", "İki nəfərlik vağzal" filmləridir. Noyabrın 18-də kinorejissorun 88 yaşı tamam olacaq.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO