Bakıda DJ-lərin festivalı keçirilib
Bizi izləyin

Magazin1

Bakıda DJ-lərin festivalı keçirilib

Həftəsonu Bakıda “Live DJ Festival” keçirilib. Publika.az xəbər verir ki, dənizkənarı əyləncə məkanlarından birində təşkil olunan tədbirə bir-birindən maraqlı və sürpriz qonaqlar gəlib.

Tədbirin əsas və gözlənilməz qonağı xalq artisti Aygün Kazımova olub. Müğənni festivala DJ-lərin ifasını izləmək üçün qatılıb.

Tədbirin aparıcısı Seyran Babayev DJ-lərlə yanaşı, auditoriyanı coşdurub.

Səhnəyə azərbaycanlı bitboks ifaçıları çıxıb. Daha sonra Türkiyədə məşhur yarışma olan “Yetenek sizsiniz”in finalçıları “Alarm Dance Crew” əsl şou göstərib. Onların rəqsi gur alqışlarla qarşılanıb.

Və nəhayət, 8 DJ, DJ Shock, DJ Fanur, DJ China, DJ Anar, DJ Shadow, DJ Rasl, Nasirov və DJ Ray səhnəyə çıxıb.

Ardıcıllığı təyin etmək üçün püşkatma olub və həmin sıralama ilə DJ-lər öz məharətlərini göstəriblər.

Qeyd edək ki, festivalda heç bir nominasiya olmasa da, bu, yerli DJ-lər arasında keçirilən ilk festival idi.

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm