Qayınanalar Sevdası ilə vidalaşır
Bizi izləyin

Magazin1

Qayınanalar Sevdası ilə vidalaşır

Uzun sürən xəstəlikdən sonra avqustun 4-də vəfat edən Azərbaycanın Əməkdar artisti Tanilə Əhmərova ilə vida mərasimi keçiriləcək.

Bu barədə Publika.az-a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib. Məlumata görə, aktrisa ilə vida mərasimi bu gün saat 13:00-də Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, iyunun 1-də 65 yaşı tamam olan aktrisa 1978-ci ildən «Azərbaycanfilm» k/st.-da bir çox filmlərdə rol alıb. Onun çəkildiyi filmlər - «Sevinc buxtası», «Şir evdən getdi», «Üzü küləyə», «Qayınana», «Yarımçıq qalmış mahnı», «Üzeyir ömrü», «Əlavə iz», «İlıq dənizdə buz parçası», «İşarəni dənizdən gözləyin», «Portağal» (Ukrayna), «Hər şeydən əvvəl düzlük» (Özbəkistan), «Dağıdılmış körpü» (1996) və s - tamaşaçılar tərəfindən sevilə-sevilə izlənir.

Allah rəhmət eləsin!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm