Sevda Yəhyayeva konsert verəcək: “Bu konsertə fərqli komanda ilə hazırlaşıram”
Bizi izləyin

Magazin1

Sevda Yəhyayeva konsert verəcək: “Bu konsertə fərqli komanda ilə hazırlaşıram”

Müğənni Sevda Yəhyayeva bu gün BMM-də mətbuat konfransı keçirib. Publika.az xəbər verir ki, müğənni jurnalistləri avqustun 9-da keçiriləcək “İtmiş ada” adlı solo konserti ilə bağlı bir araya toplayıb. Mətbuata açıqlama verən müğənni konsert üçün ən xırda detallara önəm verdiyini bildirib.

“Çalışmışam tamaşaçılara təqdim etdiyim işlər keyfiyyətli olsun. Xırda detallara belə önəm verirəm. 4 aydır konsert üçün məşqlər edirəm. Söhbət təkcə ifamdan getmir. Həm də rəqqaslarla gərgin iş gedir. Həyəcanlıyam. Amma çalışıram bu həyəcanı üstələyim”.

Daha sonra ifaçı bu konsertinin əvvəlkilərdən fərqindən danışıb. Belə ki, onu müşayiət edəcək musiqiçilərin dəyişdiyini açıqlayan müğənni yeni konsertə tam başqa heyətlə çalışdığını bildirib:

“Bu konsertə fərqli komanda ilə hazırlaşıram. Mahnımı orijinal aranjemanda deyil, fərqli aranjemanda eşidəcəklər. Ümumilikdə 20 mahnı ifa edəcəyəm. Konsert təqribən 2 saat yarıma qədər davam edəcək. Konsertin musiqi rəhbəri Samir Sultanovdur”.

Müğənni həmçinin konserti üçün eksklüziv geyimlər hazırlatdırdığını da bildirib.

“Konsert üçün 2 paltar hazırlanır. Paltarlardan birində 2 minə yaxın daş olacaq. Çox ağır əlbisədir. Amma geyim mənim üçün ikinci plandadır. Mənim üçün əsas ifamdır. İnanıram ki, tamaşaçılar konsertdən zövq ala biləcək”.

İsa Şükürov

Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm