Azərbaycanın ən yaraşıqlı idmançısının əzələ nümayişi - FOTOLAR
Bizi izləyin

Magazin1

Azərbaycanın ən yaraşıqlı idmançısının əzələ nümayişi - FOTOLAR

İlk Avropa Oyunlarında Azərbaycana medal qazandıran idmançılar medianın gündəmindən düşmür. Publika.az qızıl medalçımız Ayxan Mamayevin çox maraqlı fotosessiyasını əldə edib. Həmin fotolarda oxucular qəhrəman Ayxanı əvvəl görmədikləri obrazlarda görəcəklər.

Fotoların müəllifi Fərid Alıyev Publika.az-a açıqlamasında deyib ki, Ayxanla uşaqlıqdan dostdurlar. Bir yerdə böyüdüklərini bildirən fotoqraf fotosessiya qərarını necə verdiklərindən də danışıb:

“Ayxanla eyni məhəllədə böyümüşük. Uşaqlıq dostuyuq. Ayxanla olan fotosessiyanı isə fotoqraf dostum Araz Bağırov ilə birgə həyata keçirmişik. İdeya tam olaraq ikimizə aiddir. Ayxan ilə işbirliyim təmənnasızdır. Mən dostumdan qonorar gözləmirəm. Onun qələbələri bəsimizdir".

Fotoqrafın idmançı ilə yaradıcılıq planları, deyəsən, hələ çoxdur. Bunu da o özü deyib:

"Bu, Ayxanla son işimiz olmayacaq. Qarşıda hələ bir sıra fərqli fotosessiyalar etməyi də planlaşdırırıq. Ayxan haqda isə onu deyə bilərəm ki, o, mükəmməl idmançı kimi, həm də mükəmməl dostdur”.

İsa Şükürov

Fotoqraf Fərid Alıyev, Araz Bağırov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm