Aygün Kazımova: “Konsertim Avropa Oyunlarının qaliblərinə həsr olunur”
Bizi izləyin

Magazin1

Aygün Kazımova: “Konsertim Avropa Oyunlarının qaliblərinə həsr olunur”

Xalq artisti Aygün Kazımova solo konsertə hazırlaşır.

Bu barədə müğənni Publika.az-a açıqlamasında deyib. O, bu konserti Azərbaycanda keçirilən İlk Avropa Oyunlarının qaliblərinə həsr etdiyini bildirib:

“Yay konsertimi Avropa Oyunlarının qaliblərinə həsr edirəm. Onlar bizim bayrağımızı ucaldıb, himnimizi səsləndirib. Bütün azərbaycanlılar kimi, mən də çempionlarımızla fəxr edirəm. Onlar ölkəmizdə baş tutan möhtəşəm Avropa Oyunlarında bizim adımızı ucaltdılar. Mən hər zaman idmançılarımıza var gücümlə dəstək olmuşam, oluram və olacağam”.

Xatırladaq ki, xalq artisti bundan əvvəl də idmana və qalib idmançılara dəstək layihələrinə imza atıb. Bu qəbildən olan axırıncı layihə Naxçıvanda gerçəkləşdirilib. Belə ki, güləş üzrə Naxçıvan Kuboku uğrunda beynəlxalq turnirin açılışında iştirak edən müğənni idmançılara özünəməxsus dəstək nümayiş etdirib.

Qeyd edək ki, Aygün Kazımovanın “Ayrılarmı könül candan” adlı yay konserti paytaxtın dənizkənarı əyləncə mərkəzlərindən birində keçiriləcək. Konsert avqustun 21-də saat 21:00-də başlayacaq.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm