“Qayınana”nın Sevdası məhkəmələrdə mübarizə aparıb – Tanilə Əhmərova haqda maraqlı fakt - FOTOLAR
Bizi izləyin

Magazin1

“Qayınana”nın Sevdası məhkəmələrdə mübarizə aparıb – Tanilə Əhmərova haqda maraqlı fakt - FOTOLAR

“Qayınana” filmindən mehriban, qayğıkeş gəlin obrazı ilə yadda qalan, dünən dünyasını dəyişmiş əməkdar artist Tanilə Əhmərova ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavid Şahverdiyev xəbər verib: “Onunla ilk tanışlığım qəzetdə çalışdığım vaxtlarda - 2002-ci ildə olub. Bir yaşlı və xəstə qadının müdafiəsi ilə bağlı mənə müraciət etmişdi. Həmin qadın rəqqasə olub, milli rəqslərimizin mahir ifaçılarından idi. “Nərimanov” metrostansiyası yaxınlığında birotaqlı evi əlindən çıxmışdı. Onu himayəyə götürən qohumlarından biri (oğlan) xəstə qadını aldadıb evini öz adına keçirmişdi...

Tanilə Əhmərova məni o qadının evinə apardı. Onun başına gələnləri mətbuatda işıqlandırdıq. Tanilə xanımla birlikdə günlərlə Apellyasiya Məhkəməsində olduq. Nəhayət, sonda Tanilə Əhmərova min bir əziyyətlə evini qadına qaytarda bildi”.

Cavid Şahverdiyev aktrisanın ona bölüşdüyü xatirələrindən də danışıb: “Tanilə xanım mənən sənətə gəlişindən də danışırdı. "Qaynana"dakı Sevdaya necə gəlməyindən, niyə görə rolu başqa aktrisanın səsləndirməsindən və s...”

Xatırladaq ki, Azərbaycan kinosunun gözəl, istedadlı aktrisalarından olan Tanilə Əhmərova dünən – avqustun 4-ü uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm