Prodüser Avropa çempionu ilə səmimi fotolarından danışdı
Bizi izləyin

Magazin1

Prodüser Avropa çempionu ilə səmimi fotolarından danışdı

Dünən Publika.az saytı prodüser Humay Muxtarovanın Avropa çempionu Ayxan Mamayevlə səmimi fotolarını yayıb. Xəbər yerli mediada da diqqət çəkib.

Məsələ ilə bağlı Publika.az-la əlaqə saxlayan prodüser yayılan şəkillərə aydınlıq gətirib.

Publika.az-a açıqlamasında H.Muxtarova bildirib ki, o, bəzi idmançılarlarla müğənni Roza Zərgərlinin klip çəkilişi zamanı tanış olub:

“Röza Zərgərlinin “Yaşa, var ol, çempion” mahnısına klip çəkdirmişik. İdmançılarla klip çəkilişində dostluq münasibətimiz yaranıb”.

H.Muxtarova Mingəçevirdə, ümumiyyətlə, Niyazi Əliyev ilə görüşmədiklərini də vurğulayıb:

“Xəbərdə yazılıb ki, şəkillərim Niyazi Əliyev ilə birlikdə Mingəçevirdə çəkilib. Niyazi Mingəçevirdə bizimlə birlikdə olmayıb. Ayxan Mamayev konsertdə olub və şəkillərdəki də məhz Ayxandır”.

N.Əliyevlə möhkəm dostluq əlaqələrinin olmasından danışan prodüser aralarındakı münasibətlərə də aydınlıq gətirib:

“Xəbərdə adı çəkilən Niyazi ilə Rafaeli isə çoxdan tanıyıram. Biz həm dostuq, həm də eyni kənddənik. Mən Nardaran, Niyazi isə Maştağa kəndindəndir. Ailələrimiz, atalarımız, əmilərimiz bir-birlərini tanıyırlar. O ailəlidir, mənim isə sevgi münasibətində olduğum biri var. Onunla səmimi münasibətimiz isə dost, qardaş-bacı münasibətindən irəli gəlir. İstəməzdim ki, belə münasibəti düzgün olmayan yerlərə yozsunlar. Niyazi bundan sonra da mənə qardaş olaraq qalacaq”.

Humay xanım prodüseri olduğu Roza Zərgərlinin idmançıların şərəfinə təşkil etdiyi yay turnesinin marşurutu barədə də məlumat verib:

“Bildiyiniz kimi, hazırda Roza xanımın turnesi davam edir. O, hər çempionun şərəfinə müxtəlif şəhərlərdə konsert təşkil edir. İlk konsertimiz Siyəzəndə Niyazi Əliyevin adına həsr olundu. İkinci konsertimiz isə Mingəçevirdə gerçəkləşdi. Bu konsert Pərviz Bağırov və Ayxan Mamayevin şərəfinə keçirildi. Beləcə, turne Şəki, Gəncə, Şəmkirdə davam edəcək”.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm