Sevda Yahyayevanın konserti anşlaqla baş tutdu - VİDEO
Bizi izləyin

Magazin1

Sevda Yahyayevanın konserti anşlaqla baş tutdu - VİDEO

Müğənni Sevda Yəhyayevanın “İtmiş ada” adlı solo konserti anşlanqla baş tutub. “Yaşil Teatr”da saat 21:00-da nəzərdə tutulan konsertə müğənninin pərəstişkarları saat 20:00-dən axın etməyə başlayıb.

Publika.az xəbər verir ki, Sevda bu sevginin qarşılığını özünəməxsus verib. Konsertində həm oxuyub, həm oynayıb, həm də aparıcılıq edərək əsl şou göstərib.

Səhnəyə təqdimatsız çıxan müğənni ilk mahnısını uğurla ifa edib. Necə deyərlər, birnəfəsə 3 mahnı ifa edən müğənni həyəcanını gizlədə bilməsə də, üzərinə düşəni layiqincə edib. Üçüncü mahnısını ifa etdikdən sonra tamaşaçıları ilə salamlaşaraq ona dəyər verən hər kəsə təşəkkürünü bildirib.

Konsertdə müğənni iki libas dəyişib. Gənc dizayner Lamiyə Süleymanovanın sırf onun üçün hazırladığı geyimlərdə möhtəşəm görünüb.

Müğənnini izləməyə gələnlər arasında Sevdanın bir sıra sənət dostları da olub.

Publika.az konsertdən video və fotoları təqdim edir.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm