Emin Ağalarov: “İstərdim ki, uşaqlarımla münasibətim belə olsun” - FOTOLAR
Bizi izləyin

Magazin1

Emin Ağalarov: “İstərdim ki, uşaqlarımla münasibətim belə olsun” - FOTOLAR

Emin Ağalarov “HELLO” jurnalının yeni nömrəsinin qəhrəmanı olub. Belə ki, məşhur musiqiçi və “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov Rusiyanın “Hello” jurnalının yeni nömrəsinin üz qabığına çəkilib.

Publika.az hello.ru-ya istinadən xəbər verir ki, reportaj Bakıda - Emin Ağalarovun Xəzərin sahilində yerləşən Nardaran qəsəbəsindəki bağ evində baş tutub.

Reportajda Emin haqqında maraqlı məqamlar yer alıb. Qeyd olunub ki, bir çox sənətçi həmkarlarından fərqli olaraq, fotosessiya və müsahibə həvəskarı deyil. Hesab edir ki, həmin iki saat ərzində studiyada iki mahnı yazmaq olar. Lakin o, hətta ən yersiz suallara belə cavab verir. Cavablar bəzən quru olsa da, o, həmişə düzünü deyir.

Emin həmin reportajda ata-oğul münasibətlərindən də danışıb. O, müsahibəsində “Bəzən uşaqların niyə tez-tez getdiyimlə bağlı suallarına cavab verə bilmirəm. Axı mən bütün gün uşaqlarla evdə otura, yaxud ümumiyyətlə, işləməyə bilmərəm. Amma hər şeyi tənzimləməyə çalışıram. Ona görə də, tez-tez təyyarəyə minib Londona studiyaya gedirəm. Yaxud da Moskvaya uçub işlərlə bağlı müzakirələr aparıram. İşsiz olanda çox tez darıxıram” - deyib.

Yox, yox, elə düşünməyin ki, Ağalarov robot kimidir. O, səhərə kimi dostlarla danışmağı, müzakirə etməyi, mahnı oxumağı, futbol oynamağı, sahil boyu avtomobil sürməyi sevir. Lakin bütün bunlar onun həyatının yalnız bir epizodudur. İş isə həyatının bir hissəsidir.

O, müsahibəsində “Rola girməyi sevmirəm. Bu çox xoşagəlməz hissdir. Yəqin ki, bu, mənə atamdan keçib. Uşaqlıqda baş vermiş bir epizodu həmişəlik yadımda saxlamışam. Bir dəfə atam anamı və bacımı hava limanına aparırdı. Yolda gölməçə kənarında təmir işləri gedirdi. Atam bilmədən gölməçədən keçdi, səkinin kənarında dayanan inşaatçılar isə islandı. Sonra atam dayandı, pəncərəni açdı, onların qarşısında üzr istədi. Amma onlar kobud reaksiya verdilər, təhqir etməyə başladılar. Anam atamı saxlamağa cəhd etsə də, o, maşından düşüb təkbaşına 5 nəfərin yanına getdi. Üçünə zərbə endirdi, qalan ikisi isə qaçdılar. Nəticədə bizi hava limanına aparandan sonra xəstəxanaya getdi. Məlum oldu ki, mübahisə zamanı onun əli sınıb. Mən bütün ömrüm boyu bu səhnəni xatırlayıram. Fərqi yoxdur, sənin nə qədər rəqibin var, əgər haqlısansa, sən hər bir şəraitdə qalib gələcəksən. Atam mənim üçün bir çox cəhətdən nümunədir. O, mənə “Oğlum, səni çox istəyirəm”, “Səninlə fəxr edirəm” deməsə də, bilirəm ki, onunla əsl dostuq. İstərdim ki, uşaqlarım ilə münasibətlərim belə olsun” - deyib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm