Niyam Salami yenə türk mahnısı oxudu - VİDEO
Bizi izləyin

Magazin1

Niyam Salami yenə türk mahnısı oxudu - VİDEO

Müğənni Niyam Salami bu gün yeni mahnısını dinləyicilərin ixtiyarına buraxıb. Repertuarı daha çox türk mahnılarından ibarət olan ifaçı, bu dəfə də ənənəsinə sadiq qalıb. Publika.az xəbər verir ki, o, türkiyəli bəstəkar-müğənni Sərdar Ortaçın repertuarından "Balım" mahnısını ifa edib.

Qeyd edək ki, Sərdar Ortaç həmin mahnını Otilia ilə birgə ifa edib. Bir neçə ay əvvəl “YouTube” videoizləmə portalına yerləşdirilən klip artıq 17 milyon dəfə izlənilib.

Niyam Salami də ifasında Otilianın səsindən istifadə edib.

Publika.az hər iki müğənninin ifasında mahnını təqdim edir.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm