Miri Yusiflə bağlı şok faktlar üzə çıxdı - VİDEO
Bizi izləyin

Magazin1

Miri Yusiflə bağlı şok faktlar üzə çıxdı - VİDEO

Türkiyəli müğənni Funda Ararın Miri Yusifin mahnısını oxuması ilə başlayan qalmaqallar səngimək bilmir.

Publika.az xəbər verir ki, mübahisəli “Bağışla”mahnısının müəllifi olduğunu iddia edən bəstəkar MC Murad Funda Ararla Miri Yusif arasında mahnı çəkişməsinin nəticəsinə təsir edəcək açıqlama verib.

Belə ki, MC Murad M.Yusifi oğurluqda günahlandırıb:

“Mən Azərbaycanda deyiləm, İstanbuldayam. Bura iş üçün gəlmişəm. Əminəm ki, bu açıqlamam bir çoxlarını heyrətləndirəcək, hətta şoka salacaq. Çünki bu videoda illər boyu sizdən gizlədilən həqiqətləri üzə çıxaracağam.

Məsələ, ondadır ki, ötən həftə Miri Yusif sosial şəbəkələrdə mənim “Bağışla” mahnımla bağlı bir xəbər yaydı. Onun bu addımı mənim üçün son hədd oldu. Ümumiyyətlə, Miri Yusifin bu günə qədər bir çox yalanları olub. Bu isə onun yalanlarının ən böyüyüdür.

Çoxlarına məlum olmasa da, deyim ki, o, solo karyeraya başlayandan ifa etdiyi və onu tanıdıb sizə sevdirən hit mahnılarının müəllifi mənəm. Bu mahnıların sözləri, musiqisi və aranjemanı mənə aiddir. Bu siyahıda “Soruş”, “Adınla bağlı”, “Söylə”, “Bir siqaret”, “Mən küləyəm”, “Etiraf”, “Səndən olmaz”, “Yoxam mən”, “Mən heç kiməm”, “İki doğma insan” və təbii ki, “Bağışla” mahnısı var. Bilirəm ki, Miri Yusif bəzi mahnıların müəllifi kimi özünü qeyd edib. Əlinə düşən hər fürsətdə haqqımı danıb, yaradıcılığımı mənimsəyib. Onun mənə qarşı etdiyi ədalətsizlik dəfələrlə bizim münasibətlərimizin pozulmasına səbəb olub. Bunu isə çox az adam bilir.

İlk dəfə mahnımı oğurlayıb, öz adına çıxarıb müəllif kimi adımı dananda, hətta haqqımı ödəməyəndə televiziyalara, radiolara informasiya agentliklərinə qaçmadım. Çünki çox gözəl dərk edirdim ki, mənim Miri Yusif qədər izləyicim yoxdur. Bu isə kənardan reklam xarakterli qalmaqal kimi görünə bilərdi.

Mən ilahi ədalətə arxalanaraq yaradıcılığımı davam etməyi seçdim. Bu illər ərzində Azərbaycanda ilk dəfə “Leyli və Məcnun” müziklını yazdım. Onun sözləri və musiqisi mənə aiddir. Bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə baş tutdu. Ondan əlavə, artıq 3 ildir ki, Heydər Əliyev Fondu ilə çalışıram. İndi isə İstanbuldayam və ölkəmin musiqisini təmsil edirəm. Miri Yusif və onun komandası isə Türkiyədə mənim qazandığım yüksək münasibətlərə və uğurlara xələl gətirmək üçün əllərindən gələni etməyə çalışırlar. Miri Yusifə üzümü tutub tələb edirəm: Əgər bu mahnıları həqiqətən özü yazıbsa, çıxsın xalq qarşısında sübut etsin. Mənim əlimdə yazdığım hər mahnı ilə bağlı konkret faktlar və arqumentlər var. 15 yaşımdan zəhmətə alışmışam. Buna səbəb isə həyatda qarşılaşdığım çətinliklər olub. 13 yaşımda anamı, 17 yaşımda isə atamı itirdim. Ailəmə baxıram. Bu günə qədər əldə etdiyim nailiyyətləri yalnız öz zəhmətkeşliyimlə və istedadımın hesabına əldə etmişəm. Heç vaxt heç kimin haqqına girməmişəm. Xalqın gözü tərəzidir, düzü əyridən seçməyi bacarıb. Bu videonu izləyən insanların öz qəlblərində kimin doğru, kimin isə yalan dediyini hiss edəcəklər”.

Xatırladaq ki, türkiyəli müğənni Funda Arar ifaçı Miri Yusifin “Bağışla” adlı mahnısını icazə almadan oxumuş və mahnıya klip çəkdirmişdi. Miri Yusif mahnının müəllifi olduğunu və adının klipdə qeyd olunmadığını əsas gətirərək müğənnini məhkəməyə vermişdi. Sosial şəbəkədə öz fikirlərini bu şəkildə ifadə etmişdi: “Sivil cəmiyyətdə bu addımın atılması heç də xoş deyil. Buna qarşılıq olaraq, onlarla məhkəmədə görüşəcəyik”.

Bu gün isə müğənni daha bir statusla yeni iddialara üstüörtülü münasibət bildirib:

“Вор Сальери бьет на жалость, но пусть знает Моцарт не простит” . (Oğru Salyeri özünü yazıqlığa vurub, amma bilsin ki, Mosart bağışlayan deyil.)

Görünür, müğənni mahnı mübahisəsini Volfqanq Mosart və Antonio Salyeri arasında baş verənlərə bənzədib.

Xatırladaq ki, adı çəkilən şəxslər öz dövrünün tanınmış bəstəkarları olub. Salyeri Mosartdan daha məşhur olmasına baxmayaraq, dahi bəstəkarın ondan istedadlı olmasını həzm edə bilməyib. Bəzi mənbələrdə Salyerinin Mosartın bəstələrini naməlum şəkildə pulla alaraq oğurlayıb öz adına çıxardığı, hətta onu zəhərlədiyi barədə də iddialar var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm