Xatirə: “Başıma bir iş gəlsə, kimi qazlayacaqlar...”
Bizi izləyin

Magazin1

Xatirə: “Başıma bir iş gəlsə, kimi qazlayacaqlar...”

Müğənni Xatirə İslamın yerli şou-biznesin ən emosional nümayəndələrindən biri olduğu heç kəsə sirr deyil. Bunu ifaçının sosial şəbəkədə izləyicilərinin hər iradına cavab verməsindən və yazdığı statuslardan açıq-aydın görmək mümkündür.

Publika.az xəbər verir ki, Xatirənin növbəti statusu da emosionallığı ilə əvvəlkilərdən geri qalmır. Statusdan belə anlaşılır ki, müğənninin budəfəki hədəfi izləyənləri deyil, işçiləridir:

“Özümə söz verdim. Sabahdan heç nəyə əsəbiləşməyəcəyəm. Bu gün 3 insanın yas məclisində oldum. Hamısı infarktdan dünyasını dəyişib. Axı niyə mən bu qədər əsəb keçirib, tez məhv olmalıyam? Görəsən, hər kəsin inanıb iş tapşırdığı adamlar onu aldadır? Basına oyun açır? Yoxsa tək mənimkilərdir? Görəsən, mənim başıma bir iş gəlsə, o, adamlar kimi qazlayacaq? Heç olmasa, məni qorusalar, axıra kimi loxlayıb yeyərlər də…”

İsa

Oxumağa davam et
Reklam
Reklam

Gündəm